Premyer Liqa

“Neftçi”dən darmadağın

08.05.2021 , 22:16

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Azərbaycan kubokunun finalçıları “Keşlə” ilə “Sumqayıt” bu tur çərçivəsində “ASK Arena”da üz-üzə gəlib. Görüş “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə bitib. “Neftçi” isə səfərdə “Səbail”in qonağı olub. Bu görüşdə “ağ-qaralar” 4 cavabsız qolla qalib gəlib.

Avrokuboklar uğrunda mübarizə aparan “Zirə”nin bu turdakı rəqibi “Qəbələ” olacaq. Lider “Qarabağ” isə “Sabah”ın müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Premyer Liqası, 26-cı tur

8 may

Keşlə – Sumqayıt – 0:1
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 18:00

______________________________________________________________________________________________________________________________

Səbail – Neftçi – 0:4
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 20:15

______________________________________________________________________________________________________________________________

9 may

Zirə – Qəbələ
Zirə İdman Kompleksinin stadionu, 18:00

______________________________________________________________________________________________________________________________

Sabah – Qarabağ
“Bank Respublika Arena”, 20:15

Son yazılar

Yuxarı