“Keşlə” “Soçi”yə məğlub oldu
22.07.2021 , 22:01

Bu gün Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Korner.az xəbər verir ki, təmsilçimiz “Keşlə” də ilk matçına çıxıb.
Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Soçi” komandasının qonağı olub. Qarşılaşma “Keşlə”nin 0:3 hesablı məğlubiyyəti ilə bitib.
Tərəflər arasında cavab matçı 1 həftə sonra Bakıda oynanacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi (ilk oyun)
20:00. Soçi (Rusiya) – Keşlə – 3:0
Baş hakim: Enea Yorgi (Albaniya)
