“Keşlə” sifariş ərizəsini UEFA-ya təqdim edib
11.07.2018 , 10:13

Bakının “Keşlə” klubu Malta “Baltsan”ı ilə keçirəcəyi futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarında çıxış edəcək heyəti açıqlayıb
Heyətə 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edilib.
“Keşlə”nin sifariş ərizəsi:
Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev
Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı
Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna
Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədi.
Qeyd edək ki, “Keşlə” “Baltsan”la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda keçirəcək. Cavab görüşü isə iyulun 19-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq.
