“Keşlə” serbiyalı futbolçu ilə müqavilə imzaladı
10.08.2018 , 01:17

“Keşlə” yeni transferini açıqlayıb.
Serbiyalı yarımmüdafiəçi Nikol Mitroviçlə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, son olaraq, Polşanın “Visla” klubunda çıxış edən Mitroviç müxtəlif illərdə “Partizan”, “Uypeşt”, “Makkabi” (Təl-Əviv) və “Anortosis” kimi komandaların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Serbiya millisinə də dəvət alıb və cəmi 1 oyunda meydana çıxıb.
