“Səbail” “Qarabağ”la, “Keşlə” “Sabah”la heç-heçə etdi
29.11.2020 , 18:07

Premyer Liqada XI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
Öncə “Keşlə” “Sabah”ı qəbul edib. Oyun heç-heçə ilə bitib – 1:1.
Günün digər matçında isə “Səbail” son çempion “Qarabağ”la qarşılaşıb. Bu görüş də 1:1 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
11-ci tur
29 noyabr
14:00. “Keşlə” – “Sabah” – 1:1
Baş hakim: İnqilab Məmmədov.
Bakı. “ASK Arena”.
16:00. “Səbail” – “Qarabağ” – 1:1
Baş hakim: Elçin Məsiyev.
Bakı. “ASCO Arena”.
