“Keşlə” – “Səbail” matçının hakimi dəyişdi
01.02.2019 , 18:00

Topaz Premyer Liqasının XV turu çərçivəsində keçiriləcək “Keşlə” – “Səbail” matçının təyinatlarında dəyişiklik baş verib.
Hakimlər komitəsinin qərarına əsasən baş hakimin köməkçisi Namiq Hüseynovu Cəmil Quliyev əvəzləyib.
Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 2-də saat 19:00-da başlayacaq.
