“Keşlə” – “Səbail” görüşündə baş hakim dəyişikliyi
26.08.2018 , 17:47

Topaz Premyer Liqasının 3-cü turunda keçiriləcək “Keşlə” – “Səbail” görüşünün baş hakimi dəyişdirilib.
Ömər Paşayev özünü narahat hiss etdiyinə görə matçı ehtiyat hakim Rəhim Həsənov idarə edəcək. Ömər Paşayev matçda ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Keşlə” – “Səbail” oyunu saat 18:00-da başlayacaq.
