“Qarabağ”dan qələbə, “Keşlə” “Səbail”lə heç-heçə etdi
04.12.2021 , 20:09

Bu gün Premyer Liqamızda 13-cü tura start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə “Keşlə” “Səbail”i qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.
Son görüşdə lider “Qarabağ” doğma meydanda “Sabah” qarşılaşıb. Bu görüşdə Ağdam klubu 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” matçları ilə yekun vurulacaq.
16:00. “Keşlə” – “Səbail” – 2:2
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Bakı. “ASK Arena”
18:15. “Qarabağ” – “Sabah” – 5:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Bakı. “Azərsun Arena”
5 dekabr (bazar)
16:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Tural Qurbanov
“Bakcell Arena”
18:15. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu,
