Ölkə futbolu

“Keşlə” Qazaxıstan klubunun futbolçusunu transfer etdi

07.01.2019 , 14:16

“Keşlə” ilk transferini reallaşdırıb.

Korner.az “sports.kz” saytına istinadən xəbər verir ki, paytaxt klubu Qazaxıstanın “Kaysar” klubundan Con Kamaranı transfer edib. Syerra-Leone millisinin üzvüylə 6 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi son iki mövsüm oynadığı “Kaysar”ın heyətində Qazaxıstan Premyer Liqasında 53 oyuna 1 qol vurub. Futbolçunun “Transfermarkt”da qiyməti 400 min avro göstərilir.

Son yazılar

Yuxarı