“Keşlə” və “Səbail”dən qələbə
07.11.2020 , 18:00

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Açılış oyununda “Keşlə” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
Günün digər qarşılaşmasında isə lider “Sumqayıt” “Səbail”in qonağı olacaq.
Azərbaycan Premyer Liqası
IX tur
7 noyabr
14:00. “Keşlə” – “Qəbələ” – 3:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
“ASK Arena”
16:00. “Səbail” – “Sumqayıt” – 2:1
Qollar: Rauf Əliyev, 42, Adil Nağıyev, 77 – Rəhim Sadıxov, 83 (pen.)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli
“ASCO Arena”
