“Keşlə” onu göndərdi
24.01.2022 , 19:54

“Keşlə” müdafiəçisi Miyuşko Boyoviçlə yollarını ayırıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisinin rəhbərliyi ilə 33 yaşlı futbolçu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Paytaxt klubu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
Monteneqrolu futbolçu 2019-cu ildən “Keşlə”də oynayırdı.
