Futbol

“Keşlə” “Neftçi”yə qarşı

14.01.2021 , 14:29

Qış fasiləsində təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Korner.az xəbər verir ki, “ağ-qaralar” “Keşlə” ilə qarşılaşacaq. 8-ci km stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Bu, “Neftçi”nin qış fasiləsində keçirdiyi ikinci yoxlama oyunu olacaq. Komanda ilk yoxlama oyununda “Kəpəz”ə minimal hesabla qalib gəlib. “Keşlə” isə ilk yoxlama oyununu “Neftçi” ilə keçirəcək.

Yoxlama oyunu

14 yanvar

17:00 Neftçi – Keşlə
8-ci km stadionu

Son yazılar

Yuxarı