“Keşlə” Avroliqada mübarizəni dayandırdı
27.08.2020 , 23:57

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Keşlə” də ilk oyununa çıxıb. Yunis Hüseynovun komandası Bakıda Albaniyanın “Laçi” klubunu qəbul edib.
Əsas və əlavə vaxtında hesab açılmadığından oyunun qalibini penaltilər seriyası müəyyənləşdirib. Burda daha dəqiq oynayan albaniyalılar 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb.
Avropa Liqası
II təsnifat mərhələsi
27 avqust
21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) – 0:0 (penaltilər seriyası 4:5)
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”
