“Keşlə” klubu 2 yeni futbolçu transfer edib – RƏSMİ
11.07.2018 , 12:16

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” klubu daha iki futbolçunu heyətinə cəlb edib
Paytaxt təmsilçisi serbiyalı yarımmüdafiəçi Miloş Bosançiç və özbəkistanlı hücumçu Bahodir Nəsimovla münasibətləri rəsmiləşdirib. Hər iki legioner 1 illik sözləşməyə imza atıb.
Bundan başqa, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və hücumçu Əlibəy Məmmədlinin müqaviləsinin müddəti uzadılıb. Onlar daha bir il “Keşlə”nin formasını geyinəcəklər.
