Ölkə futbolu

“Keşlə” “Kəpəz”lə heç-heçə etdi

25.01.2022 , 19:21

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” bu gün son yoxlama oyununu keçirib.

Korner.az xəbər verir ki, paytaxt klubu birinci divizion təmsilçisi “Kəpəz”lə qarşılaşıb. “ASK Arena”da keçirilən görüşdə hesb açılmayıb – 0:0.

Qeyd edək ki,”Keşlə” bunadək “Səbail”lə iki yoxlama oyunu keçirib. İlk oyunda 2:0 hesablı qələbə qazanan Sənan Qurbanovun komandası 2-ci matçda heç-heçə edib – 1:1.

Son yazılar

Yuxarı