“Keşlə” 1/4 finalda
03.12.2019 , 16:58

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib. “ASCO Arena”da “Keşlə” I Divizion təmsilçisi “Kəpəz”i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.
Azərbaycan Kuboku, 1/8 final
3 dekabr (çərşənbə axşamı)
15:00. “Keşlə” – “Kəpəz” – 3:1
Qollar: Ruslan Əmircanov, 25, Nodar Məmmədov, 45+3, Xəzər Mahmudov, 56, 87
Qırmızı vərəqə: Franko Flores, 45+2 (“Keşlə”)
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 15:00.
