Ölkə Kuboku

“Keşlə”dən qələbə, “Neftçi” “Zirə”yə uduzdu

02.02.2021 , 19:54

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

Korner.az-ın məlumatına görə, ilk olaraq birinci divizion təmsilçisi “Kəpəz” “Keşlə”nin qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0.

Digər görüşdə isə  “Neftçi” “Zirə”ni qəbul edib. “Ağ-qaralar” bu qarşılaşmada məğlub olub – 0:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları 6-7 fevral tarixlərində keçiriləcək.

2 fevral (çərşənbə axşamı)

16:00. “Keşlə” – “Kəpəz” – 1:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
ASK Arena

18:00. “Neftçi” – “Zirə” – 0:1
Hakimlər
: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Bakcell Arena

1 fevral (bazar ertəsi)

18:00. “Qarabağ” – “Qəbələ” – 3:1
Qollar
: Kvabena Ovusu, 55 (1:0), Mahir Emreli, 72 (2:0), 74 (3:0), Ceyms Adeniyi, 88 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Reallaşdırılmayan penalti: Uroş Matiç (“Qarabağ”), 33
Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Sumqayıt” – “Səbail” – 0:1
Qol:
 Amil Yunanov, 12 (0:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
“Kapital Bank Arena”

Son yazılar

Yuxarı