“Keşlə” ilə oyunu buraxa bilər
18.09.2018 , 10:33

“Qarabağ”la qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib
Komanda Nazim Süleymanovun rəhbərliyi altında ötən gün saat 17:00-dan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Keşlə” ilə qarşılaşmanın hazırlıqlarına start verib.
Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Fərid Kərimzadə və Əli Əliyev əsas komanda ilə birlikdə məşq edib. 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması sentyabrın 23-də keçiriləcək.
