“Keşlə” divizon klubu ilə qarşılaşacaq
15.11.2019 , 12:25
Milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı “Keşlə” yoxlama görüşündə qüvvəsini sınayacaq.
Paytaxt təmsilçisi I Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək matç noyabrın 16-da baş tutacaq. Matç saat 15:00-da başlayacaq.
