“Keşlə” bu futbolçularla yolları ayırdı
30.11.2020 , 17:08

“Keşlə” iki futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, braziliyalı oyunçular – yarımmüdafiəçi Alvaro Tavareş və müdafiəçi Artur Batista ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun saytı məlumat yayıb.
“Keşlə” mövsümün əvvəlində komandaya qoşulan oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.
