“Keşlə”dən erkən vida
19.07.2018 , 23:20

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq. Təmsilçimiz “Keşlə” də cavab matçına çıxacaq.
Maltada keçirilən ilk oyunda “Baltsan”a böyük hesabla uduzan (1:4) paytaxt klubu öz meydanında bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
İyulun 16-da “Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov istefa verdiyindən, komandanı oyuna məşqçi Zaur İsmayılov çıxaracaq.
19 iyul
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. “Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta) 1:0
İlk oyun – 1:4
Baş hakim: Mixail Vilkov (Rusiya)
Bakı. “Dalğa Arena”
