“Keşlə” – “Baltsan”: hakimlər açıqlandı
13.07.2018 , 13:37

“Keşlə”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Baltsan”la cavab oyununa təyinatlar açıqlanıb
Görüşü Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mixail Vilkov olacaq. Ona Aleksey Vorontsov və Vladimir Mineviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksey Suxoy yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 19-da “Dalğa Arena”da keçiriləcək oyun 21:00-da başlaycaq. Maltada keçirilən ilk qarşılaşmada təmsilçimiz 1:4 hesabı ilə uduzub.
