“Keşlə” Antalya toplanışını başa vurub. Paytaxt təmsilçisi bu gün Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq vətənə tola düşüb.
Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv qardaş ölkədəki toplanış çərçivəsində yoxlama oyunlarında Makedoniyanın “Rabotniçki” klubunu 1:0 hesabıyla məğlub edib, Ukraynanın “Karpatı” klubuna isə 1:2 hesabıyla uduzub. Bakı təmsilçisi toplanış çərçivəsində keçirdiyi son oyunda dünən Rusiyanın “Yenisey” klubuyla “sülh bağlayıb” – 1:1.
