Kes Smit “Real Madrid”in transfer hədəfində
06.02.2026 , 21:30
Niderlandın “AZ Alkmar” klubunun 20 yaşlı yarımmüdafiəçisi Kes Smit karyerasını İspaniyanın “Real Madrid” komandasında davam etdirmək üzrədir.
Korner.az xəbər verir ki, Madrid klubu gənc futbolçunu heyətinə qatmaq istəyir.
Xarici KİV yazır ki, “kral klubu” Smit üçün 50 milyon avro ödəməyə hazırdır və planlara görə əməliyyat mövsümün sonunda reallaşdırılacaq.
Bundan başqa, İngiltərənin “Liverpul” və “Arsenal” klubları da gənc yarımmüdafiəçiyə maraq göstərir.