Kerem Rusiya klubundan sərvət tələb edir
09.08.2024 , 16:42
Kerem Aktürkoğlu “Qalatasaray”dan ayrılmaq ərəfəsindədir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçu üçün Moskva “Spartak”ından gələn təklifi qəbul edib.
Rusiya klubu Kerem üçün 13 milyon avro ödəyəcək.
“Qalatasaray”ın razılığından sonra futbolçunun rəsmiləri Moskvanın “Spartak” klubu ilə görüşüb və illik 4 milyon avro maaş tələb edib.
25 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçən klub maaş şərtlərində razılaşarsa, bundan sonra tərəflər arasında rəsmi imza atılacaq.
Mina Musayeva