Kenan Yıldızın gələcəyi sual altındadır
17.12.2025 , 22:45
“Yuventus”un formasını geyinən Kenan Yıldızın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.
Korner.az xəbər verir ki, Turin təmsilçisi ilə aparılan müqavilə yenilənməsi danışıqlarının hazırda dayandırıldığı iddia olunur.
Xəbərdə bildirilir ki, “Yuventus” rəhbərliyi gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq niyyətində olsa da, tərəflər arasında razılaşma əldə olunmayıb.
İtaliya mətbuatı İngiltərənin aparıcı klublarının vəziyyəti yaxından izlədiyini yazır. Bildirilir ki, “Arsenal” və “Çelsi” 20 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Qeyd edək ki, bazar dəyəri 75 milyon avro olaraq göstərilən Kenan Yıldız cari mövsümdə 25 oyunda meydana çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.