Kenan Yıldız “Yuventus”la yeni müqavilə imzalayacaq
07.02.2026 , 14:45
“Yuventus” gənc hücumçu Kenan Yıldızla 4 illik müqavilə üzrə razılıq əldə edib.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni sözləşməyə əsasən, 20 yaşlı futbolçu komandanın ən çox qazanan oyunçularından biri olacaq.
Qeyd edək ki, Kenan 2022-ci ildə “Bavariya”dan azad agent kimi “Yuventus”a qoşulub və cari mövsümdə 31 oyunda 9 qol, 8 məhsuldar ötürmə edib.