Kenan Yıldız “Yuventus”la yollarını ayıra bilər
12.11.2025 , 15:08
“Yuventus”un gənc türkiyəli futbolçusu Kenan Yıldız klubdan ayrıla bilər.
Korner.az xəbər verir ki, Turin təmsilçisi ilə 20 yaşlı hücumçu arasında aparılan müqavilə danışıqları nəticəsiz qalıb.
İtaliya klubu Kenanla 2030-cu ilə qədər yeni anlaşma imzalamaq istəsə də, futbolçu təklif olunan şərtləri qəbul etməyib. Məsələ əsasən maliyyə baxımından fikir ayrılığı ilə bağlıdır.
Bununla yanaşı, Avropanın aparıcı klubları – “Çelsi”, “Real Madrid” və “Arsenal” vəziyyəti yaxından izləyir.
Qeyd edək ki, Kenan Yıldız 2023-cü ildən “Yuventus”un əsas komandasında çıxış edir və Türkiyə millisinin də üzvüdür.