Kenan Yıldız “Yuventus”dan ayrılır?
13.03.2025 , 15:45

“Yuventus”un gənc oyunçusu Kenan Yıldızın İngiltərə klublarından bir neçə talibi var.
Korner.az xəbər verir ki, 19 yaşlı futbolçunun xidmətində “Mançester Siti”, “Mançester Yunayted” və “Luverpul”un maraqlı olduğu iddia olunur.
Turin nəhəngi Kenan üçün 80-90 milyon avro tələb edir.
Futbolçu bu mövsüm “Yuventus”un heyətində 41 oyun keçirib. O, bu görüşlərdə 6 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.
