Kenan Yıldız “Yuventus”dan ayrılır?
19.03.2025 , 23:51

“Yuventus”un futbolçusu Kenan Yıldız klubundan ayrılmağa yaxındır.
Korner.az xəbər verir ki, gənc oyunçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Onun xidmətində “Mançester Yunayted”in maraqlı olduğu bildirilir.
Turin nəhəngi 19 yaşlı vinger üçün 80 milyon avro tələb edir.
İngiltərə klubu Kenan üçün bu məbləği ödəməyə hazırdır.
