Alispahiç razıdı
“AZAL çox yaxşı komandadır, güclü baş məşqçiləri var. Komandamdan razıyam, bu gün yaxşı oyun göstərdik".
Korner.az-ın məlumatına görə, bu fikirləri "Rəvan" klubunun baş məşqçisi Kemal Alispahiç AZAL üzərindəki qələbni şərh edərkən deyib.
Serb mütəxəssis daha sonra bunları deyib:
"İlk iyirmi dəqiqədə qapımız ağzında təhlükəli epizodlar yaransa da, taktiki cəhətdən yaxşı oynadıq. AZAL rəqib meydanında pressinq tətbiq edən komandadır. Lakin müdafiə xəttimiz və dayaq yarəmmüdafiəçimiz uğurlu çıxış etdi. Oyun heç-heçə bitsə idi, bunu hər iki komanda üçün uğurlu nəticə saymaq olardı. Biz bu gün qalib gəldik, nəticədən razı qaldım”.
