"Hakimin bizə qarşı haqsızlıq edəcəyini bilirdik. Bu gün "Neftçi"ni yox, hakimi qələbə münasibətilə təbrik edirəm. Təmiz penaltimizi vermədi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Kemal Alispahiç "Nefçi"yə məğlubiyyəti şərh edərkən deyib.
Bosniyalı çalışdırıcı Anar Salmanovun idarəçiliyindən narazı qaldığını tez-tez ifadə edib:
"İlk yarım saatda komandam çox yaxşı oynadı. İkinci hissədə isə ruhdan düşdü. Qapımıza vurulan qollar bizim səhvimiz idi. Amma penaltini versəydi, hər şey fərqli ola bilərdi. Son 3 oyunda hakimlər bizə qarşı haqsızlıq edirlər".
