Madrid “Real”ının keçmiş futbolçusu Antonio Kassano Messi, Ronaldo və Maradonanı müqayisə edib.
Korner.az-ın məlumatına görə, “Sampdoriya”nın sabiq futbolçusu vaxtilə komanda yoldaşı olmuş Ronaldonu yox, Messini ən güclü hesab edir.
AS nəşrinə danışan məşhur futbolçu bunları deyib:
“Allah xatirinə, siz nə danışırsız. Messinin 5 “Qızıl Top”u və 26-28 fərdi mükafatları var. Maradonanın dövründə futbol belə çətin deyildi. İndi futbolçular qarşısında daha çox tələblər var. Ronaldo yüksək səviyyəli idmançıdı. O bir iki il daha Messi ilə ayaqlaşa biləcək. Sonra isə təslim olacaq. Messi isə 35, 36, 37 yaşına kimi eyni səviyyədə oynayacaq”.
