“Qarabağ”ın sabiq futbolçusu Raydel Puppondan xəbər var.
Korner.az-ın məlumatına görə, futbolçu Hollandiyanın “Roda” klubundan ayrılıb.
Onun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 29 yaşlı hollandiyalı hücumçu ötən mövsüm “Qarabağ”da meydana çıxdığı 15 oyunda cəmi 1 qol vura bilmişdi. Qış transfer pəncərəsində “Roda”ya keçən Puppon 17 oyuna 4 qol vurub.
