Almaniya millisinin sabiq qapıçısı Tim Vise futbolu güləşə dəyişib.
Korner.az-ın məlumatına görə, əsasən “Verder” (Bremen) klubundakı çıxışı ilə parlayan Vise qüvvəsini Amerika güləşində sınayacaq.
Bu ilin yanvar ayında futbolçu karyerasını başa vuran 32 yaşlı idmançı sentyabr ayından etibarən şou güləş səhnəsində çıxış edir.
