“Liverpul”un sabiq müdafiəçisi Daniel Agger karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, bu barədə 31 yaşlı futbolçunun özü məlumat verib.
Danimarkalı futbolçu “tvitter” sosial şəbəkəsindəki səhifəsində karyerasını başa vurduğunu açıqlayıb: “Dəstəyiniz üçün təşəkkür edirəm. Böyük təcrübə idi. Karyeramı başa vurmaq kədərlidir, ancaq doğru qərardır. Karyeramla qürur duyuram”.
