Keçmiş futbolçu silahlı hücumdan sonra ölkəsini dəyişir
10.10.2024 , 13:30

Ötən həftələrdə şərhçi olduğu proqramdan çıxış zamanı silahlı hücuma məruz qalan “Fənərbağça”nın sabiq futbolçusu Serhat Akın Almaniyada məskunlaşmaq qərarına gəlib.
Korner.az xəbər verir ki, hücum zamanı ayaqlarından yaralanan Serhat iki əməliyyat keçirib.
Sabiq futbolçunun metatars sümüyü sınığı səbəbindən üçüncü dəfə də əməliyyat olunacağı bildirilir.
Reabilitasiya prosesinin sonunda Serhat Akın doğulub boya-başa çatdığı Almaniyaya daimi olaraq qayıdacaq.
