“Arsenal”ın futbolçusu Santi Kazorlanın zədəsinin ciddiləşdiyi və mövsümü erkən bitirdiyi barədə xəbərlər yayılmışdı.
Korner.az-ın məlumatına görə, ispan futbolçu bu xəbərləri təkzib edib.
Santi şəxsi “Tvitter” ünvanında yazıb:
“Mətbuatda yayılan xəbərlərə təəccübləndim. Bərpa müddəti planlaşdırılmış kimi gedir. Aprelin 1-i komandaya geri dönəcəm”
