Kazemiro yeni şərtlərlə “Mançester Yunayted”də qala bilər
24.11.2025 , 23:15
“Mançester Yunayted” Kazemironu komandada saxlamaq üçün addım atır.
Korner.az xəbər verir ki, klub braziliyalı yarımmüdafiəçiyə yeni müqavilə təqdim etməyə hazırlaşır.
Yeni təklifə görə, Kazemironun illik maaşı hazırkı 22 milyon avrodan 7–9 milyon avroya endiriləcək. 33 yaşlı futbolçu bu şərtləri qəbul edərsə, müqavilə müddəti 2027-ci ilə qədər uzadılacaq. Əks halda, onun qış transfer pəncərəsində klubdan ayrılması mümkündür.
Qeyd edək ki, Kazemiro cari mövsümdə Premyer Liqada 10 matçda iştirak edib, 3 qol və 1 asistlə yadda qalıb.