“Ermənistanın I Avropa Oyunlarında iştirakı mütləqdir”.
Korner.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.
“Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız mütləqdi. Biz bu oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdi”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Milli Olimpiya Komitəsi və İdman Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi mövqeyini bildirməyib.
