Məşhur “Brand Finance plc” konsaltinq qrupu dünyanın 250 ən bahalı klubunun maliyyə dəyərini müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, şirkətin tərtib etdiyi siyahının ilk pilləsində İngiltərənin “Mançester Yunayted” klubu qərarlaşıb. “AAA+” reytinqinə sahib bu klubun brend dəyəri 853 milyon ABŞ dollarıdı.
Maraqlıdı ki, ilk dörd pilləsində Avropa klubları qərarlaşan siyahının 5-9-cu yerlərində ABŞ klubları yer alıblar.
Siyahıda Rusiyanın 3 klubu da qərar tutub. 132-ci pillədəki “BBB-” reytinqli “Zenit”in dəyəri 56 milyon dollar həcmindədi. 176-cı sıradakı Moskva “Spartak”ının brend dəyəri isə 30 milyon dollardı və Sankt-Peterburq klubuyla eyni reytinqə sahibdi. Avropa Liqasının qrup mərhələsində “Neftçi”yə rəqib olan “Rubin” siyahıda 225-cidi. Kazan klubunun brend dəyəri 17 milyon dollar göstərilib.
