Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Neftçi" sayca 4-cü matçına çıxacaq. Son Azərbaycan çempionu doğma azarkeşləri önündə Rusiyanın "Rubin" (Kazan) klubunu qəbul edəcək. Kazanda baş tutan matçda "ağ-qaralar" rəqibinə minimal hesabla (0:1) məğlub olmuşdu.
Qeyd edək ki, "Neftçi" Avroliqada növbəti matçını noyabrın 25-də, Bakıda Serbiyanın "Partizan" klubuna qarşı keçirəcək.
8 noyabr
Avropa Liqasının qrup mərhələsi, IV tur
H qrupu
21:00. "Neftçi" (Azərbaycan) – "Rubin" (Kazan,Rusiya) 0:1
Qol: Vladimir Dyadyun, 16
"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Tərlan Quliyev, Bruno Bertuççi, Mahir Şükürov, Erik Ramos, Rəşad Sadiqov, Flavinyo, Emin Mehdiyev, Julius Vobay, Nikolas Kanales.
"Rubin": Sergey Rıjikov, Kristian Ansaldi, Sesar Navas, İvan Markano, Vitali Kaleşin, Pablo Orbais, Alan Kasayev, Bibars Natxo, Gökdeniz Karadeniz, Vladimir Dyadyun, Jose Salomon Rondon.
