“Kayserispor”da yeni təyinat
29.01.2025 , 13:35

“Kayserispor” yeni baş məşqçisini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisinə bundan sonra Sergey Yakiroviç rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 48 yaşlı xorvatiyalı mütəxəssislə 1.5 illik müqavilə imzalandığı bildirilib.
Yakiroviç son olaraq Zaqreb “Dinamo”sunu çalışdırıb.
