Türkiyənin “Kayseri Ərciyyəspor” klubu baş məşqçisi Bülənt Qorxmazla yolları ayırıb.
Korner.az xəbər verir ki, klubun prezidenti Ziya Eren komandanın uğursuz çıxışı səbəbilə baş məşqçinin istefaya göndərildiyini bildirib.
Qeyd edək ki, “Kayseri Ərciyesspor” klubu superliqanın 10 turundan sonra 9 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
