"Birinci hissədə yaxşı oynadıq".
Korner.az-ın məlumatına görə bu sözləri bu gün Topaz Premyer Liqasının turu çərçivəsində keçirilən "Neftçi"-"İnter" oyunundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında deyib.
"ikinci yarıda 10 nəfərlə qalsaq belə, yenə yaxşı oynadıq. Vüsal Əliyevin yerinə utanıram. Oyunu "sındırdı". Sizə onlarla epizod göstərəm ki, əleyhimizə qərar verib.
