“Bu oyunda üç xal qazanmaq çox vacib idi. “Simurq”a qarşı oynamaq çox çətindir. Rəqib qapanmağı bacaran bir komandadır. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Simurq” üzərində qələbədən sonra (2:1) keçirdiyi mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis müəyyən səhvlərin olmasına baxmayaraq komandasından razı qaldığını bildirib: “Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik”.
