"Biz rəqibdən güclü idik”
Topaz Premyer Liqasının 13-cü turunda “İnter” “Şəfa” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlində vahid liderliyi ələ keçirdi.
Korner.az-ın məlumatına görə, “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı fikirlərini bildirib:
“Maraqlı oyun oldu, komandam çox yaxşı oynadı, qələbəyə layiq idik. Futbolçuların göstərdiyi oyundan və alınan nəticədən razıyam. “Turan” komandasının və xüsusən də qapıçısının oyununu qeyd etməliyəm. Komandada məşqçi işi görsənir, son oyunlarda müxtəlif taktikalarla oynayırdılar. Əvvəllər “Turan” müdafiə futbolu oynayırdı, indi isə hücuma daha çox fikir verir. Gələcəkdə komandanın daha da yaxşı olacağını düşünürəm. Bugünkü oyunda biz rəqibdən güclü idik”.
