Bakı “İnter”inin sabiq baş məşqçisi Kaxaber Sxadadzenin Qazaxıstanın “Kayrat” klubuna keçidi rəsmiləşib.
Korner.az-ın məlumatına görə, bu xəbəri klubun rəsmi saytı verib.
Gürcüstanlı mütəxəssis “Kayrat”la mövsümün sonuna qədər müqavilə imzalayıb. Sxadadze yeni klubunda bir müddət öncə istefaya göndərilmiş Aleksandr Borodyuku əvəzləyib.
2009 – 2014-cü illərdə “İnter”i çalışdıran Sxadadzenin son iş yeri Gürcüstan millisi olub. O, 2014-cü ilin noyabrından 2016-cı ilin fevralınadək ölkəsinin yığmasını çalışdırıb.
