"Qarabağ"a qarşı mübarizə aparmaq həmişə mənə xüsusi zövq verib".
Korner.az-ın məlumatına görə, bunları "Qarabağ" ilə oyundan sonra baş tutan mətbuat konfransında "İnter"in çalışdırıcısı Kaxaber Sxadadze deyib. İlk hissədə Ağdamlıların meydanda sıx oynadığını bildirən gürcü mütəxəssis, rəqibə aid olan tərəfə keçməkdə çətinlik çəkdiklərini də vurğulayıb:
"Cinah futbolçularımız fəal olmalı idilər. Düşünürəm ki, ikinci hissədə pis oynamadıq.