Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Malta, “Avro-2016″nın seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq Gürcüstan millisinin ilkin heyəti açıqlanıb.
Korner.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Kaxaber Sxadadze qarşıdakı oyunlar üçün 29 futbolçuya dəvət göndərib.
Lakin oyunlara qədər bu siyahı 23 futbolçuya endiriləcək. K.Sxadadze hazırda çalışdırdığı Bakı “İnter”indən 3 futbolçunu yığmaya dəvət edib. Bunlar müdafiəçi Aleksandr Amisulaşvili, Laşa Salukvadze və hücumçu Baçana Tsxadadzedir.
Qeyd edək ki, martın 25-də Malta ilə yoldaşlıq görüşü keçirəcək Gürcüstan millisi 4 gün sonra “Avro-2016″nın seçmə mərhələsində Almaniyanı sınağa çəkəcək.
